Əsas Səhifə > Manşet > Azərbaycan Şahmat Federasiyası Türkiyəyə maddi yardım göstərib

Azərbaycan Şahmat Federasiyası Türkiyəyə maddi yardım göstərib


13-02-2023, 20:14


Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələ qurbanlarına və yaralılara dəstək olmaq üçün Azərbaycan Şahmat Federasiyası və ölkəmizin şahmat ailəsi 10 min manat maddi yardım göstərib.

BrendSport.az
xəbər verir ki, toplanan vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.

Azərbaycan şahmat ailəsi zəlzələ qurbanlarının yaxınlarına başsağlığı verir, yaralılara şəfa arzulayır.
Geri qayıt