Əsas Səhifə > Manşet > Belçikada qapıçı oyun zamanı huşunu itirərək ölüb

Belçikada qapıçı oyun zamanı huşunu itirərək ölüb


12-02-2023, 09:08


Belçikada “Vinkel Sport”un 25 yaşlı qapıçısı Arne Espil “Vestrozebek” klubu ilə oyun zamanı dünyasını dəyişib.

BrendSport.az
xəbər verir ki, bu barədə “Het Nieuwsblad” nəşri məlumat yayıb.

Bildirilib ki, A. Espil penaltini dəf edib, lakin bundan dərhal sonra özünü pis hiss edib və huşunu itirərək ot örtüyünə yıxılıb, bundan sonra matç dayandırılıb. Qapıçıya meydançada, o cümlədən defibrilatordan istifadə etməklə ilkin tibbi yardım göstərilib. İdmançı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

“Bu, bizim üçün faciə və şokdur. Arne bütün həyatı boyu klubda olub və onu çox sevirdilər. O, əla oğlan idi, həmişə mehriban və yardımsever idi. Bu, həqiqətən ağır zərbədir. İlk növbədə onun ailəsi üçün, həm də hamımız üçün” – “Winkel Sport” klubunun idman direktoru Patrik Rotsart bildirib.
Geri qayıt