Əsas Səhifə > Manşet > FHN-in xilasetmə qüvvələri qardaş ölkə Türkiyədə əməliyyatlara başlayıb
FHN-in xilasetmə qüvvələri qardaş ölkə Türkiyədə əməliyyatlara başlayıb7-02-2023, 12:40 |
Məlumat verildiyi kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədədir. Nazirliyin mətbuat xidmətindən BrendSport.az a bildirilib ki, artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində bir nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatları davam etdirilir. Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. Geri qayıt |