Əsas Səhifə > Manşet > Britaniyanın “Paris-2024” Olimpiadasının boykot edilməsi ilə bağlı mövqeyi açıqlanıb
Britaniyanın “Paris-2024” Olimpiadasının boykot edilməsi ilə bağlı mövqeyi açıqlanıb6-02-2023, 10:18 |
Böyük Britaniya 2024-cü il Paris Yay Olimpiya Oyunlarına Rusiya idmançılarının buraxılacağı təqdirdə, onları boykot etməyəcək. BrendSport.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilib ki, Britaniya Olimpiya Komitəsi hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib, lakin sonda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mövqeyini qəbul edəcəyi gözlənilir. Qeyd olunub ki, hətta rusiyalı idmançıların Paris Oyunlarında neytral idmançı kimi yarışmasına icazə verilsə belə, vəsiqə qazanmaq çoxları üçün çətin ola bilər. Bundan əvvəl Ukrayna, Polşa və Baltikyanı ölkələr Rusiya idmançılarının Olimpiadada iştirakına icazə veriləcəyi təqdirdə, Oyunları boykot edəcəkləri ilə hədələyiblər. BOK-un rəhbəri Tomas Bax isə bildirib ki, boykotlar təşkilatın missiyasına uyğun deyil. Yanvarın 25-də BOK Rusiya və Belarus idmançılarının fərdi yarışlara buraxılması imkanlarını nəzərdən keçirdiklərini bildirib. Qeyd olunub ki, Ukraynada xüsusi əməliyyatın keçirilməsini dəstəkləməyən və antidopinq qaydalarını pozmayan idmançılar beynəlxalq turnirlərdə iştirak etmək üçün icazə almaq şansı əldə edəcəklər. Qeyd edək ki, Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək. Geri qayıt |