Əsas Səhifə > Manşet > Fərid Qayıbov: "Bölgələrdə infrastrukturun möhkəmləndirilməsi prioritet məsələdir"
Fərid Qayıbov: "Bölgələrdə infrastrukturun möhkəmləndirilməsi prioritet məsələdir"4-02-2023, 20:30 |
"Bölgələrdə idman infrastrukturunun möhkəmləndirilməsi həmişə prioritet məsələdir". BrendSport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov yanvar ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib. Nazir bu baxımdan dövlətlə yanaşı sahibkarların, ictimai təşkilatların, o cümlədən federasiyaların da fəaliyyətinin vacib olduğunu diqqətə çatdırıb: "Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə “Ağstafa Olimpiya İdman Klubu”nun və Sabirabad şəhərində cüdo təlim mərkəzinin istifadəyə verilməsi bu idman növünün həmin rayonda inkişafına böyük təkan verəcək. Federasiyanın bu son bir ildə regionlarda infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir". Geri qayıt |