Əsas Səhifə > Manşet / Gənclər > 2 fevral — Azərbaycan Gəncləri Günüdür
2 fevral — Azərbaycan Gəncləri Günüdür2-02-2023, 14:10 |
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Bu gün gənclərimiz də ölkəmizin müstəqilliyini, milli maraqlarını yad təsirlərdən qorumaqla öz ümdə vəzifəsini layiqincə yerinə yetirir, ölkə həyatının bütün sahələrində yüksək fəallıq, əzm, mətanət, qətiyyət nümayiş etdirərək Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Biz gənclərimizlə haqlı olaraq fəxr edirik. Bu gün münasibətilə Azərbaycan Gənclərini təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Eşq olsun Azərbaycan Gənclərinə! Yaşasın müstəqil Azərbaycan! Geri qayıt |