Əsas Səhifə > Manşet / Maraq > Mədət Quliyev: Velosiped mövzusunda rəsm müsabiqəsinə 200 əsər təqdim edilib
Mədət Quliyev: Velosiped mövzusunda rəsm müsabiqəsinə 200 əsər təqdim edilib23-12-2022, 23:22 |
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətləri sırasında mühüm yer tutur. Öz fəaliyyəti ilə uğurlu dövlət siyasətinə hər zaman dəstək olan Azərbaycan Velosiped Federasiyası (AVF) bu istiqamətdə həyata keçirdiyi daha bir layihəni uğurla başa vurub. “Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda rəsm müsabiqəsi böyük marağa səbəb olub. BrendSport.az xəbər verir ki, bunu AVF-in prezidenti Mədət Quliyev jurnalistlərə müsahibəsində bildirib. Federasiya prezidenti qeyd edib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün mühüm işlər görülür. Federasiya rəssamlara velosiped mövzusunda yaradıcı işlər görməyi təklif edib. Bu təklif Gənclər və İdman Nazirliyi, həmçinin rəssamlar tərəfindən maraqla qarşılanıb. “Sərgiyə 200-ə yaxın rəsm əsəri təqdim edilib. Bu sərgi rəssamların öz potensiallarını göstərmələri üçün geniş imkanlar açıb. Gənc rəssamlar velosiped mövzusunda maraqlı əsərlər yaradıblar”, - deyə Mədət Quliyev diqqətə çatdırıb. Geri qayıt |