Əsas Səhifə > Manşet / Maraq > Altay Həsənov: Azərbaycan Gimnastika Federasiyası böyük inkişaf yolu keçib

Altay Həsənov: Azərbaycan Gimnastika Federasiyası böyük inkişaf yolu keçib


23-12-2022, 21:15
Altay Həsənov: Azərbaycan Gimnastika Federasiyası böyük inkişaf yolu keçib


Bu gün Azərbaycan Gimnastika Federasiyasının (AGF) 20 illiyini qeyd edirik. Gimnastika Federasiyası ötən dövrdə böyük inkişaf yolu keçib.

BrendSport.az
xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov dekabrın 23-də yubiley mərasimində jurnalistlərə açıqlamasında deyib.
2002-ci ildə Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra federasiyanın uğurlu inkişafının əsasının qoyulduğunu vurğulayan Altay Həsənov bildirib: “Görülən işlər indi bəhrəsini verir. Gimnastlarımız ötən müddətdə beş dəfə Olimpiya Oyunlarında iştirak edib, dünya və Avropa çempionatlarında, irimiqyaslı yarışlarda mükafatlar qazanıblar. Federasiyamızın nümayəndələri Avropa Gimnastikasında və Beynəlxalq Gimnastika Federasiyanda məsul vəzifələrə seçiliblər. Bu illər ərzində çoxlu sayda məşqçi və hakim hazırlanıb. Azərbaycanın 29 bölgəsində Gimnastika Federasiyasının bölmələri açılıb və inkişaf edir. Əlbəttə, çətinliklərimiz də olur, lakin onların öhdəsindən gəlirik”.
Geri qayıt