Əsas Səhifə > Manşet / Dünya idmanı > Messi dünya çempionatının ən yaxşı futbolçusu seçilib

Messi dünya çempionatının ən yaxşı futbolçusu seçilib


18-12-2022, 22:50
Messi dünya çempionatının ən yaxşı futbolçusu seçilib


Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusu seçilib.
BrendSport.az xəbər verir ki, dünya çempionatında Messi 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qətər mundialında Argentina millisi qrup mərhələsində Polşa, Meksika və Səudiyyə Ərəbistanını qabaqlamağı bacarıb. Pley-off mərhələsində Argentina komandası Avstraliya, Niderland və Xorvatiya seçmələrini məğlub edib. Finalda isə Fransa yığmasını məğlub edən Argentina dünya çempionu adını qazanıb.
Geri qayıt