Əsas Səhifə > Manşet > Azərbaycan Taekvondo Federasiyasının hesabat-seçki konfransı keçirilib

Azərbaycan Taekvondo Federasiyasının hesabat-seçki konfransı keçirilib


30-12-2021, 12:31


Dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının hesabat-seçki konfransı keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

BrendSport.az
xəbər verir ki, sonra, Azərbaycan Taekvondo Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Kəmaləddin Heydərov yenidən Azərbaycan Taekvondo Federasiyasının prezidenti seçilib.

Konfransda həmçinin Nağı Səfərov və Niyaməddin Paşayev federasiyanın vitse-prezidentləri seçiliblər. Federasiyanın Nizamnaməsinə əsasən, federasiya prezidenti daha bir vitse-prezidenti təyin etmək səlahiyyətinə malikdir. Digər vitse-prezident İcraiyyə Komitəsinin növbəti iclaslarında təyin ediləcək. Konfransda Taekvondo Federasiyası İcraiyyə Komitəsinə də seçkilər keçirilib. Ələkbər İmaməliyev, Gündüz Abdullayev, Səməd Heydərov və Vüqar Məmmədov İcraiyyə Komitəsinə üzv seçiliblər.

Konfransda Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış edərək qurumun bundan sonrakı fəaliyyətində görüləcək işlər və qarşıdakı planlar barədə fikirlərini bildirib.
Geri qayıt