Əsas Səhifə > Manşet > Hicran Şərifova yenidən etimad göstərildi
Hicran Şərifova yenidən etimad göstərildi16-12-2021, 15:00 |
Xəbər verdiyimiz kimi, Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib. Əvvəlcə İcrayyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib. Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcrayyə Komitəsinin üzvü seçiliblər. İclasda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər. Qeyd edək ki, BrendSport.az saytının təşkil etdiyi bütün tədbirlərə həmişə öz dəstəyini göstərən Hicran Şərifov yenidən bu ali vəzifəyə layiq görülüb. 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərə həsr edilmiş “İlhamlı qələbələr” adlı idman festivalının da yüksək səviyyədə təşkil edilməsində öz töhfəsini verən Hicran müəllimi ürəkdən təbrik edir, Azərbaycan idmanının dünyada daha da tanınmasında uğurlar arzulayırıq. İnanırıq ki, hər zaman gənclərin və idmançıların yaxın dostu olan Hicran müəllim bundan sonra da bu fəaliyyətini yorulmadan davam etdirəcək və bu yolda bir mayak olacaq. Geri qayıt |