Əsas Səhifə > Manşet > Dekabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Abilimpiya Federasiyasının nümayəndələrini qəbul edib

Dekabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Abilimpiya Federasiyasının nümayəndələrini qəbul edib


7-12-2021, 16:56


BrendSport.az saytı xəbər verir ki, nazirlikdə keçirilən görüşdə Beynəlxalq Abilimpiya Federasiyasının İdarə Heyətinin üzvü Dina Makeeva, Beynəlxalq Abilimpiya Çempionatının Təşkilat Komitəsinin üzvü Natalya Krel, Azərbaycan Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov, vitse-prezidentləri Rüfət Hacılı, Aqşin Babayev, Rusiya Abilimpiya Mərkəzinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Yuliya Demeçuk iştirak ediblər.

Görüşdə nazirə beynəlxalq abilimpiya hərəkatı barədə məlumat verən qonaqlar son illərdə görülən işlər və təşkilatın önəmini vurğulayıblar. İlqar Rəhimov Azərbaycanda bir il öncə yaradılmış Abilimpiya Federasiyasının gördüyü işlər və qarşıdakı planları haqda danışıb və dövlətin bu sahəyə qayğısını qeyd edib.
Geri qayıt