Əsas Səhifə > Manşet / Redaktor seçimi / Digər > İnyesta da gedir? - Heç vaxt keçirmədiyim hissləri yaşayıram

İnyesta da gedir? - Heç vaxt keçirmədiyim hissləri yaşayıram


21-08-2017, 15:36



“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta komandadan ayrıla bilər.
Bu barədə 33 yaşlı futbolçu özü “La Pais”ə açıqlamasında məlumat verib. O, “Barsa” ilə müqavilə müddətinin mövsümün sonunda başa çatacağını qeyd edərək, klubdan ayrılmaq barədə düşündüyünü deyib:
“Hələ ki, “Barselona” ilə yeni müqavilə bağlamamışam. Əvvəllər heç vaxt keçirmədiyim hissləri yaşayıram. İndi “Barselona”dan ayrıla biləcəyimi düşünürəm. 3 il öncə isə belə bir şey ağlıma da gəlmirdi”.
İnyesta “Barselona”nın yetirməsidi. İspaniya millisinin üzvü karyerası ərzində ancaq Kataloniya təmsilçisində çıxış edib.
Bir müddət öncə “Barsa”nın əsas üzvlərindən Neymar 222 milyon avro qarşılığında PSJ-yə transfer olub.
Geri qayıt