Əsas Səhifə > Manşet > “Məqsədimiz qələbə qazanmaqdır”

“Məqsədimiz qələbə qazanmaqdır”


23-10-2017, 15:55


Moskva şəhərində 1-5 noyabr 2017-ci il tarixləri arasında poverliftinq idman növü üzrə dünya çempionatı start götürəcək.

BrendSport.az saytı xəbər verir ki, çempionatda iştirak edmək üçün 6 dəfə dünya və 6 dəfə Avropa çempionu olmuş Rüstəm Musayev gərgin məşqlər edir.

Qeyd edək ki, idman ustası olan Rüstəm müəllim Avropa oyuları zamanı məşəl aparanlardan olub. Rüstəm müəllimi məşqdən ayırıb bir neçə sual ünvanladıq.

- Rüstəm müəllim, hazırlıq neçə gedir?

- Məşqlərimizi Şamaxı Olimpiya mərkəzində kecirik. Çox gərgin məşq qrafikimiz var. Məqsədimiz qələbə qazanmaqdır.

- Rüstəm müəllim, eşiddiyimizə ğörə oğlunuz Vaqif də idmançıdır. Bu yaxınlarda yaxşı nəticələr də əldə edib.

- Bəli, düz deyirsiz. Onun secimi güləş olub. Mən həyat boyu müstəqil olmağa çalışmışam. O da mənin yolumla gedir. Əlimdən gələn köməkliyi edirəm ki, onda olan potensialdan maksimum istifadə edə bilsin.

- Sizcə, poverliftinq cətindir yoxsa güləş?

- Baxır kimi üçün. Bizim ailədə poverliftinq mənim, güləş isə Vaqif üçün.

- İndi tanınmış idmaçısınız, bəs əvvəllər necə olub?

- Çox cətin. Əvəllər rayon nədir, inkşaf nədir, yarış nədir? Ancaq indi isə hər ay bir yarış olur.

- Müsahibəyə görə sağ olun. Gələcək işlərinizdə uğurlar arzulayırıq sizə.

- Çox sağ olun, təşəkkür edirəm.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi






Geri qayıt