Əsas Səhifə > Manşet / Dünya idmanı > Pley-off mərhələsinin püşkü atılır
Pley-off mərhələsinin püşkü atılır22-11-2019, 13:07 |
Bu gün "AVRO-2020"nin pley-off mərhələsinin püşkü atılacaq. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə final mərhələsinə son 4 vəsiqə uğrunda mübarizə aparacaq 16 komanda iştirak edəcək. Pley-offda yolu və rəqibi bilinməyən 4 yığmanın kiminlə və harda üz-üzə gələcəyi dəqiqləşəcək. Bolqarıstan, Macarıstan, İsrail və Rumıniya yığmalarından biri C yolu üzrə, üçü A yolu üzrə mübarizə aparacaq. Püşk İslandiya və Şotlandiyanın rəqibini müəyyənləşdirəcək, digər iki komanda öz aralarında münasibətlərinə aydınlıq gətirəcək. Həmçinin final oyunlarının meydan sahibləri də bilinəcək. Gələn il martın 26-da keçiriləcək yarımfinallarda daha yüksək göstəriciyə malik komandalar ev sahibi olacaq. Bundan 5 gün sonrakı həlledici matçın yeri isə püşklə bilinəcək. D yolu 1. Gürcüstan – Belarus 2. Şimali Makedoniya - Kosovo C yolu 1. Şotlandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya 2. Norveç – Serbiya B yolu 1. Bosniya və Herseqovina – Şimali İrlandiya 2. Slovakiya – İrlandiya A yolu 1. İslandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya 2. Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya Əlavə püşkatma final mərhələsinə vəsiqə qazanmış Rusiya ilə Danimarka arasında olacaq. Hər iki komandanın Belçika ilə birlikdə B qrupunda oynayacağı püşksüz də bilinir. Həm Rusiya, həm də Danimarka B qrupunun ev sahibləridi. Onlar qrupdakı digər komandalarla öz meydanında qarşılaşacaq. Rusiya – Danimarka matçının Sankt-Peterburq, yoxsa Kopenhagendə keçiriləcəyini isə püşk müəyyənləşdirəcək. Geri qayıt |