Əsas Səhifə > Manşet / Müsahibə > “Salyan rayonunda idman keçmiş şöhrətini qaytarmağa başlayıb”

“Salyan rayonunda idman keçmiş şöhrətini qaytarmağa başlayıb”


9-10-2017, 16:40


“İdmanın belə inkişafını görüb fəxr edirəm ki, Salyan rayonunda idman artıq inkişafa doğru sürətlə irəliləyir”

Hazırda idman tədbirlərinin təşkilatçısı və stolüstü tennis üzrə Salyan komandasının və milli komandanın keçmiş üzvü Bəhruz Səmədovla görüşdük. Onunla ölkəmizdə, eləcə də bölgələrdə idman sahəsində aparılan işlər, edilən yeniliklər barəsində danışdıq.

- Bəhruz müəllim, gəlin sizin idmançı olmağınızdan danışaq. Axı, biz sizi ssenari müəllifi, təşkilatçı və jurnalist kimi tanıyırıq. Mümkünsə bir qədər özünüz haqda məlumat verərdiniz.

- Mən Səmədov Bəhruz Rəcəb oğlu 1983-cü ildə Salyan rayonunda dünyaya göz açmışam. 1989-cu ildə 3 saylı orta məktəbin birinci sinfinə getmişəm və 2000-ci ildə məktəbi bitirmişəm. Elə həmin ildə Memarlıq və İnşaat Universitetinə daxil oldum. 18 yaşımdan Yasamal Rayon Yeni Azerbaycan partiyasinın üzüvüyəm. Mən 2000-ci illərdə stolüstü tennis üzrə milli komandanın üzvü idim. Eyni zamanda universitetin “Şən hazircavablar klubu”nun üzvü idim. O, dövrlərdən bu günə kimi idmanla incəsənəti birgə davam etdirmişəm. Naxçıvan Daxili Qoşunlarında Manqa komandiri vezifesində əskərliyimi təşəkkürnamə ilə bitirmişəm. Hazırda isə Bədən Tərbiyəsi Və İdman Akademiyasının 3-cü Kurs Tələbəsiyəm.

- Bəs necə oldu ki, idmana gəldiniz?

- 1993-cü ildə Salyanda Uşaq Gənclər İdman Məktəbində tennis bölməsinə məşqlərə getməyə başladım. Həmin ildən də mənim idman həyatım başladı. O zamanlar Salyanda tennis çox güclü idi. Hətta Azərbaycan çempionatında çox vaxt paytaxtın “Bakı 1” komandası ilə final oynunu Salyanın stolüstü tennis komandası oynayırdı. Mən 1996-cı ildən - 13 yaşımda rayon komandasına daxil edildim və o zamandan boyük idmana addım atmağa başladım. O vaxtlar Salyan tennisçilərindən Ağamirzə Abdullayev, Fəxrəddin Ağamaliyev,Mehman Şahbazov, SSRİ ümumittifaq yarışlarının və Azərbaycan çempionatının mükafatçısı, Dünya, Avropa çempionatnın və bir çox beynalxalq turnirlərin iştirakçısı, hazırda rayonda məşqçi-müəllim işləyən idman ustası Mehman Səmədov oynayırdı. Həmçinin SSRİ ümumittifaq yarışlarının və Azərbaycan çempionatlarnın mükafatçısı, bir çox beynalxalq turnirlərin iştirakçısı Elşad Vahidov da var idi. Onlar sağ olsunlar ki, bu gün də Salyanda tennis üçün əllərindən gələni yeniyetmə və gənclərə öyrədir. Elşad Vahidov isə bu gün başqa sahədə olsa da, keçmiş tennisçi kimi öz köməkliyini hər zaman Salyan tennisçilərindən əsirgəmir. Məndə olan məlumata görə, Mehman Şahbazov da bu sahədə öz bilik və bacarığını gənclərimizə aşılayır. Onu da xatırlatmaq isdərdim ki, Salyanın stolüstü tennisi rəhmətlik Saleh Quliyevin də çox bağlılığı var idi. Çünki SSRİ dövründən müstəqillik illərinə qədər Salyan tennisi üçün zəhməti olan yeganə məşqçi demək olar ki, o olmuşdur. İnşaallah yaxın günlərdə Saleh müəllimin xatirəsinə həsr olunmuş türnir planlaşdırırıq. Elşad Vahidov, Mehman Səmədov və Salyan rayon rəhbərliyinin köməkliyi ilə Salyanda stol üstü tennis üzrə veteran və hazırkı tennisçilər arasında xatirə turniri olacaq. 2000-ci ilin əvvəllərindən isə özünü fəal idmançı kimi göstərən gənclər və yeniyetmələrdən Rəşad Səlimov, Əli Əliyev, Rəşad Quliyev, Emin Abdullayev, Cəlaləddin Eyvazov, Babək Əliyev, Murad Həsənov,Səfər Səfərzadə,ilkin Cəfərov,Rza Məmmədov,Tələt Rüstəmbəyli,Yunis Piriyev, Xəqani Həsənov, Yahya Şirəliyev Əlabbas Abbasov və s. tennisçilərin adlarını çəkmək olar. Birdə xatırladım ki, məktəb Şəhid Həbib Qurbanov Adınadır. Həbib Qurbanovda Salayan stol üstü tennis məktəbinin yetirməsi idi. Əslində bu gün özümdən daha çox Salyanda rayonun idmanı və inkişafı haqda çox danışmaq istərdim. Çünki hər zaman Salyanda tanınmış insanlar, idman və idmançılar olub.





- Bəs bu gun Salyanda idmanın inkşafı hansı vəziyyətdədir?

- Düzdür, bir vaxtlar rayonda idman sahəsi demək olar ki, unudulmuşdu. Amma son illərdə təhsil naziri cənab Mikayıl Cabbarovun qərarı ilə Salyanın Uşaq Gənclər və İdman Məktəbinə rayonun keçmiş idmançılardan olan İlqar İlyasovu təyin etdi. Xatırladım ki, bu idman məktəbi Təhsil Nazirliyinin nəznindədir və mən keçmiş idmançı olaraq bu qərara gorə cənab nazirə bir salyanlı olaraq çox təşəkkür edirəm. Çünki İlqar müəllimin Salyan Gənclər İdman Məktəbinə gəlişi rayonda bu sahənin inkişafına təkan verdi. O gəldikdən sonra Salyanda idman yüksəlişə doğru gedir.

- Bəs necə oldu ki, İlqar müəllim gəldikdən sonra bütün bunlar baş verdi, yəni nə dəyişdi.

- (Gülür) Baxın elə ona görə də mən təhsil naziri cənab Mikayıl Cabbarova öz təşəkkürmü bildirdim. Çünki idmançı olan bir insan haqqında qərar verildi. Yəni, idman məktəbinə idmançı olan şəxs təyin edildi. İdmançı üçün isə idmanı yüksəltmək, onu zirvələrə qaldırmaq çox asandır.



- Necə yəni?

- Baxın, İlqar müəllim ilk öncə idman məktəbinin zallarından başladı. Onları əsaslı təmir etdirdi və daha sonra Salyanda idmandan soyuyub gedən məşqci-müəllimləri öz ətrafına topladı. O gundən, yəni artıq iki il olar ki, Salyan rayonunda idman keçmiş şöhrətini qaytarmağa başlayıb. Bu gün uşaqların məşq etməsi üçün bütün şərait var. Həm Təhsil Nazirliyi tərəfindən, həm də rayon rəhbərliyi tərəfində rayonda idmana olan diqqət artıb.

- Tennisidən danışdız, bəc başqa idman növlərində vəziyyət necədir?

- Bəli, mən bayaq qeyd elədim, İlqar müəllim Salyan idmanından uzaqlaşan bir çox məşqçiləri məktəbə geri qaytardı. Hazırda rayonun idman məktəbində çox güclu məşqcilər çalışır. Bunlardan güləş üzrə idman ustası Nahid Məmmədov, II dərəcəli idmançı, gənc olmasına baxmayaraq çox perspektivli bir məşqçi Zəfər Burziyev kimi müəllimlər buradadırlar. Hətta hazırda məşqçi kimi fəaliyyət göstərməsə də, dəfələrlə SSRİ və Azərbaycan çempionatlarnın mükafatçısı Ziyafət Burziyev də keçmiş güləşçi olaraq, öz biliklərini gənc və yeniyetmələrə öyrədir. Salyan güləş məktəbinə Ziyafət Burziyevlə yanaşı, Fəxrəddin müəllimin də çox boyük dəstəyi olmuşdur. Bayaq dediyim kimi, stolüstü tennis üzrə idman ustası Mehman Səmədov və hər zaman adı Salyan futbolu ilə bağlı olan Heydər Agayev rayonun sayılıb-seçilən məşqçi-müəllimlərindəndirlər. Xatırladım ki, Heydər Ağayevdən başqa hazırda Salyan futbolunun inkişafı üçün çalışan gənc müəllimlərdən biri də Vasif Əliyevdir.

Bəs bu Məşqçilərdən əvvəl məşqçilər kimlər idi?

Əvvəllər güləşdə məşqçilərdən Fəxrəddim müəllimin adını fəxirlə çəkərdim. Çünki Mən deyərdim ki, Salyan güləş idman növünün banisi Fəxrətdin İmanov kimi çox güclü məşqçi var idi. Hazırda təqaütdədir. Amma buna baxmayaraq o her zaman yeniyetmə güləşçilərə öz bilik və bacaracağı ilə dəsdəkdir. Misal üçün daha Başqa bir məşqçi və Sərbəst Güləşçi idman ustas Elçin Quliyev və Ziyafet Burziyev. Faxreddin müəllimin və Ziyafet müəllimin Şagirdlərindən birinin adınıda çəkə bilərəm ki, bunun naliyetini dememek günah olardı. Sərbəst güləş üzrə İdman ustası Arif Hüseynov təxminən 2 il öncə yeniyetmələrin dünya çempionatının 3 yerin sahibi olmuşdur.

Yenədə Salyanda keçmiş Futbol Məşqçilərindən Kamal Şıxəliyev və mərhum Xalid Muradovun adaların çəkə bilərəm. Salyan Futbolunun tarixi bunlarla bağlıdır.

- Bəs hazırki Salyan idmanında əldə olunan nailiyyətlər varmı? Bu hakda nə deyə bilərsiz?

- Bəli, son iki ildə rayon idmançılarnın respublika səviyyəli yarışlarda bir çox nailiyyətləri olub. Buna misal olaraq Təhsil İdman Mərkəzinin Azərbaycan birinciliyi 10-13 mart 2017-ci il tarixdə Salyanda keçirilməsini göstərmək olar. Belə ki, bu yarışda Salyan Uşaq Gənclər və İdman Məktəbinin tennisçi oğlan və qızları birinci yeri tutaraq kürsünün ən yüksək zirvəsinə qalxdılar. Bu böyük yarışın keçrilməsində Salyanın bütün rəhbər şəxslərinin çox boyük dəstəyi oldu. Eyni zamanda Rayon Gənclər və İdman Məktəbinin direktoru İlqar İlyasov bu turnirdə də özünü sübüt etdi ki, o, nəinki idmançı kimi, həm də yaxşı bir təşkilatçılıq qabiliyyəti varmış. Mən də fürsətdən istifadə edib belə bir möhtəşəm açlış mərasiminə koməkliyini əsirgəmiyən Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova, icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılova, Uşaq Gənclər İdman Məktəbinin direktoru İlqar İlyasova, rayon Mədəniyət Evinin qrup rəhbəri Vüqar Agayevə və Musiqi Məktəbinin direktoru Adilə Əliyevaya şəxsən öz adımdan minnətdarlığımı bildirmək istəyirəm. Qeyd edim ki, tətənəli açlış mərasimində Respublika Təhsil İdman Mərkəzinin direktoru Natiq Lahıcovda iştirak edərək yeniyetmə tennisçilərə uğurlar arzulamışdir.








Bakı-2017 İslam Həmrəylimk oyunlarına dəstək olaraq stolüstü tennis zona yarışmasının biri Salyan rayonunda keçrilmişdir. Bu tədbirdə də Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yarışın yüksək səviyyədə kecrilməsi üçün icra nümayəndələrinə öz tapşırıqlarını vermişdir. Yarış Salyan tennisçiləri üçün uğurlu olmuşdur. Belə ki, zonada üzrə Salyan tennisçiləri qız və oğlan komandaları arasında birinci olmuşdur.
Sonra onu da deyim ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin idman məktəblərinin stolüstü tennis üzrə Mingeçevir şəhərində zona birinciliyi də keçrilmişdir. Turnirdə 14 şəhər və rayon stolüstü tennis komandaları mübarizə aparmışdır. Bu tururdə isə Salyan komandası 2–ci yerə layiq görülmüşdü.
Şəmkirdə də keçrilən eyin adlı turnirdə Salyanın oğlan komandası 3-cü nəticə göstərmişlər.

Xatırladım ki, az öncə adların sadaladığım tennisçiləri hazırda Nihad Səmədzadə.Niyaz Səmədov.Rabil Quliyev.Əlipaşa Məmmədov kimi yeniyetmə tenniscilər əvəz edirlər. Salyanın artıq qızlardan ibarət tennis komandasida var. Bunlardan Baxtiyarlı Rühəngiz,Ibrahimli Leyla,Ələkbərova Fatimə və Qafarova Güllü kimi perespektivli tennisci qızların adlarını çəkmək olar.





- Bəs digər idman növlərində vəziyyət necədi?

- Bununla bağlı, qeyd etmək olar, Gənclər və İdman Nazirliyinin 10-11 yaşlı futbolçular arasında keçirdiyi “Sabahın ulduzları” kuboku uğrunda ölkənin zona yarışlarında rayonun yeniyetmələri 1-ci yer tutaraq final oyunlarına vəsiqə qazanmışlar.






Güləşçilər arasında isə Respublika Çempionatı Balakən rayonunda keçirilmişdir. Burda isə Salyan güləşçilərindən biri 3-cü nəticə göstərmişdir. Sonra Şirvanda “Təhsil” respublika birincilyində 50 kq-da salyanlı güləşçilərdən biri 1-ci yer və digəri isə 73 kq-da 3-cü yer tutan güləşçimiz olub. Onu da xatırladım ki, mən uzun müddətdir ki, Salyanda yaşamadığımdan, bu barədə yalnız mətbuatdan xəbər tutduğum üçün idmançıların adını dəqiqliklə deyə bilmirəm. Sadəcə böyüyüb boya-başa çatdığım rayonda idmanın belə inkişafını görüb fəxr edirəm ki, Salyan rayonunda idman artıq inkişafa doğru sürətlə irəliləyir.




Ancaq deyim ki, nə zaman rayona getsəm bütün idman növləri ilə demək olar ki, ətraflı maraqlanıram. Rayonda olduğum müddətdə vaxtaşırı özüm üçün qeydlər edir və şəkillər çəkirəm. Həmin şəkillərdən bir neçəsini sizlərə təqdim edirəm.

- Son olaraq deyə bilərsinizmi İslam Həmrəylik oyunlarında Salyandan işdirak edən idmancı oldumu?

- Salyanlı idmançı yox idi. Amma stolüstü tennis üzrə hakim var idi. Salyandan olan bu hakim SSRİ ümumittifaq yarışlarının və Azərbaycan çempionatlarnın mükafatçısı, Dünya, Avropa çempionatnın, eləcə də bir çox beynalxalq turnirlərin iştirakçısı, hazırda rayonda məşqçi-müəllim işləyən idman ustası Mehman Səmədov idi. Əslində bu da böyük bir nailiyyətdir ki, Salyan rayonundan belə möhtəşəm yarışda iştirak edən hakim var.

Söhbət yenidən tennisdən düşmüşkən xatırladım ki, Vaxtı ilə özüdə bu idman növü ilə məşğul olan,amma bu gün başqa sahədə çalışan,Salyan stolüstü tennis komandasına bu idmanı sevdiyi üçün köməklik edən Vahidov Vahid müəllimə də bu xeyirxah işinə görə təşəkkür edirəm.



- Sonda, biz də BrendSport.az saytı olaraq Azərbaycan idmançılarının hamısına beynəlxalq arenalarda uğurlar arzulayırıq.

- Çox sağ olun.

Pərvin Abiyeva,
xususi muxbir

Geri qayıt