Əsas Səhifə > Manşet > BOK prezidenti: Bizim missiyamız dünyada sülhə xidmət etməkdir
BOK prezidenti: Bizim missiyamız dünyada sülhə xidmət etməkdir22-10-2019, 16:15 |
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Milli Olimpiya Komitələri Assosasiyasının (ANOC) Baş Assambleyasında iştirak edib. BrendSport.az BOK-un rəsmi saytına istinadla xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən assambleyada çıxış edən T.Bax bildirib ki, dünyamızda sabitliyi qoruyub saxlamaq üçün böyük səy göstərmək lazım gəlir. “Bizim missiyamız dünyada sülhə xidmət etməkdir. Bunun üçün biz həmrəylik nümayiş etdirməli, siyasi neytrallığı qorumalı, bir-birimizin hüquqlarına hörmət etməliyik. Mən sizi idmanın birliyi naminə həmrəy olmağa, bizi ayıran yox, birləşdirən ideyalar ətrafında birləşməyə çağırıram”, - deyə BOK-un rəsmisi əlavə edib. T.Bax 200-dən artıq ölkənin milli Olimpiya komitələrinə səslənərək beynəlxalq Olimpiya hərəkatında həmrəyliyin vacibliyini vurğulayıb. O, Olimpiya Oyunlarından biznes, kommersiya məqsədi ilə istifadə hallarına kəskin etirazını bildirib. Deyib: “Olimpiya Oyunları birmənalı olaraq pul qazanmaq və gəlir artırmaq meydanı deyildir. Olimpiada idman vasitəsilə dünyada sülhü, qardaşlığı, dostluğu tərənnüm etmək, olimpizm dəyərlərini qiymətləndirməkdir”. BOK prezidenti məhz bu amillərin sayəsində hazırda qurumun tərkibində 206 milli Olimpiya komitəsinin, çoxlu sayda Olimpiya çempionu və mükafatçılarının olduğunu qeyd edib. Geri qayıt |