Əsas Səhifə > Manşet > Vyanda Avropa Olimpiya Komitəsinin seminarı keçiriləcək

Vyanda Avropa Olimpiya Komitəsinin seminarı keçiriləcək


15-05-2019, 21:59


BrendSport.az xəbər verir ki, Mayın 17-19-da Avstryanın paytaxtı Vyanada Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və AOK-un seminarı işinə başlayacaq.
Tədbirdə ölkəmizi AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edəcək.
Mayın 17-də adı çəkilən təşkilatın üzvü Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. Həmçinin, iclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirakı gözlənilir.
Mayın 18-19-da isə Avropa Olimpiya Komitəsinin 39-cu seminarı öz işinə başlayacaq. Seminar çərçivəsində Olimpiya İdman növləri, Sosial inteqrasiya, Qadın və idman, İdmanda texnologiya və s. mövzular üzrə çıxışlar ediləcək.
Həmçinin, 2020-ci il Tokio və 2024-cü il Paris Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Minsk-2019 ikinci Avropa Oyunları, Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının məruzələri də dinləniləcək. AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə "Pyotr Nurovski – Avropanın Ən yaxşı gənc idmançı” mükafatı təqdim olunacaq.
Geri qayıt