Əsas Səhifə > Manşet > “Qürbətdə yaşamaq insanda güclü iradə tələb edir”
“Qürbətdə yaşamaq insanda güclü iradə tələb edir”1-10-2017, 21:21 |
Sərbəst güləş üzrə Oleq Krapivinin şərəfinə təşkil olunmuş V Açıq Respublika turnirində iştirak edən qonaqlarla, respublikamızdan kənarda yaşayan tanınmış simalarla qısa söhbətlərimizdən ibarət müsahibələrimizi davam etdiririk. BrendSport.az saytı xəbər verir ki, onlardan biri də Rusiya Federasiyasının Surqut şəhərində yaşayan və orada fəaliyyət göstərən güləş klubunun rəhbəri Eldəniz Tahirovdur. Əslən Beyləqan rayonundan olan Eldəniz müəllim 40 ilə yaxındır Tümen vilayətində yaşayır. Onunla söhbətimiz maraqlı alındı. - Qürbətdə idmançılarımızın yaşayış tərzi necədir? - Bizim azərbaycanlı idmançılar harda olurlarsa olsunlar, adlı sanlıdılar. Mən bununla fəxr edirəm. İnanın, qürbətdə yaşamaq insanda güclü iradə tələb edir. Mən orada yerli tələbələrimə ölkəmiz haqqında çox danışıram. Ona görə də onların çoxu Azərbaycanda olmasalar da, bizim şöhbətlərimizdən ölkəmizi demək olar ki, tanıyırlar. - İdmana gəlişiniz barədə məlumat verərdiz. - İlk olaraq Beylaqan rayonunda başlamışam. Həyatım güləşlə bağlıdır. 1970-ci ildən bu idmanla məşğulam. O vaxtlar çox cətin idi idmanla məşğul olmaq. Yaxşı məşq eləmək üçün lazım olan avadanlıqlar tapmaq olmurdu. İndi hər şey var, sadəcə olaraq istək lazımdır. - Naliyyətləriniz barədə nə deyərdiz? - Vaxtilə yeniyetmələrin respublika cempionu olmuşam. Eyni zamanda 3 dəfə “Məhsul” Cəmiyyətinin çempionu olmuşam. İndi isə mənim iki dünya çempionu olan tələbəm var. - Fikirlərinizi bizimlə bölüşdüyünüz üçün çox sağ olun. - Siz də sağ olun. Əliqasım Məmmədov, ADPU-nun I kurs tələbəsi Geri qayıt |