Əsas Səhifə > Manşet > “Topaz”da ilin son oyunları: Qlazqo derbisi və başqaları
“Topaz”da ilin son oyunları: Qlazqo derbisi və başqaları29-12-2018, 14:00 |
BrendSport.az xəbər verir ki, İlin son həftəsonu maraqlı futbol qarşılaşmaları ilə zəngindir. Söhbət əsasən İtaliya, İngiltərə və Şotlandiya çempionatlarının görüşlərindən gedir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" dekabrın 29-30-u müştərilərinə ümumilikdə 220 matç təklif edir. Bu oyunlardan 168-i bu gün, 52-si isə sabah keçiriləcək. 2 gün ərzində 24 qarşılaşmaya (19-u şənbə, 5-i bazar günü) "təkli", 70-dən artıq oyuna isə canlı mərc etmək olar. İlin son oyunları sırasında ən çox maraq doğuranlarını xüsusi qeyd edirik. "Qlazqo Reyncers" - "Seltik" (kod 107, saat 16:30) Şotlandiya premyer liqasının bir nömrəli qarşıdurması - Qlazqo derbisi bu dəfə Yeni il ərəfəsində oynanılacaq. Bu əzəli rəqiblərin 362-ci dueli olacaq. Bir neçə illik tənəzzül dövrünü arxada qoyan "Reyncers" əvvəlki nüfuzunu qaytarmaq üzrədir. Hazırda onlar əsas rəqibi "Seltik"dən 3 xal geri qalmaqla 2-ci pillədə qərarlaşıb. Bu axşam "Reyncers" qalib gələrsə, rəqiblərin xalı bərabərləşəcək. Bu amil derbinin əhəmiyyətini bir qədər də artırır. Maraqlıdır ki, "Seltik" 2012-ci ildən bu yana "Reyncers"ə uduzmur. Son 6 ildəki 15 derbinin yalnız üçündə heç-heçə qeydə alınıb, 12 görüşdə isə "Seltik" qalib gəlib. Görək, "Reyncers" 6 illik uğursuz sindroma bu gün son qoya biləcəkmi? Qlazqo derbisinə "Topaz"da həm canlı, həm də "təkli" mərc etmək olar. Əmsallar: "Qlazqo Reyncers"in qələbəsi 3.10, heç-heçə 2.95, "Seltik"in qələbəsi 1.95. "Yuventus" - "Sampdoriya" (kod 141, saat 15:30) İtaliya A seriyasının 19-cu turunun açılış matçında lider "Yuventus" "Sampdoriya"nı qəbul edəcək. Ötən tur mövsümdə 2-ci heç-heçəsini "Atalanta" ilə edən "Yuve" hələ də çempionatın yeganə məğlubiyyətsiz komandasıdır. 5-ci sırada yer alan Genuya klubu isə Çempionlar Liqasına vəsiqə verən ilk "dördlüy"ə düşməyə can atır. Son 7 matçda uduzmayan "Sampdoriya"nın lider qarşısında bu seriyanı davam etdirəcəyi çox çətin görünür. Turin səfərində son dəfə 5 il əvvəl qələbəyə sevinən genuyalılar bu gün eyni uğuru təkrarlasa, qələbəsinə mərc edənlərə xeyli qazandıracaq. "Topaz"ın bu oyun üçün təklif etdiyi əmsallar: "Yuventus"un qələbəsi 1.20, heç-heçə 4.95, "Sampdoriya"nın qələbəsi 10. "Liverpul" - "Arsenal" (kod 103, saat 21:30) Premyer liqanın ən köklü klubları yenə qarşı-qarşıyadır. Bu tərəflərin 226-cı görüşü olacaq. İndiyədək keçirilən matçlardan 86-da "qırmızılar", 78-də isə "Arsenal" qalib gəlib. 61 dueldə qalib müəyyənləşməyib. "Topçular" 2015-ci ildən bu yana "Liverpul"a qalib gələ bilmir. Səfərdə isə sonuncu qələbə 6 il əvvəl qazanılıb. Tərəflərin "Enfild Roud"da baş tutan son 5 görüşünün hamısı "üst" bitib. Keçirdiyi son 7 matçın hamısında qalib gələn "Liverpul" hazırda ən yaxın izləyicisi "Mançester Siti"ni 6 xal qabaqlamaqla vahid liderdir. 5-ci sıradakı "Arsenal" çempionluq mübarizəsindən uzaq düşsə də, bu axşam meydanda güzəştsiz mübarizə gedəcəyinə kimsə şübhə etmir. "Topaz"da ilin son böyuk oyununa canlı və "təkli" mərc edə bilərsiz. Əmsallar: "Liverpul"un qələbəsi 1.40, heç-heçə 4.35, "Arsenal"ın qələbəsi 6.25. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz. Geri qayıt |