Əsas Səhifə > Manşet > Ceyhun Məmmədov: Arzum sambonun da Olimpiya Oyunlarının proqramına salınmasıdır
Ceyhun Məmmədov: Arzum sambonun da Olimpiya Oyunlarının proqramına salınmasıdır5-12-2018, 11:25 |
Sambo idman növünün Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müvəqqəti olaraq tanınması sevindirici haldır. Sambonun dünyada əhatə dairəsi genişdir. Bu idman növü onunla məşğul olanların fiziki və mənəvi inkişafında mühüm rol oynayır. Olimpiya Oyunlarının proqramında sambonun da yer alması böyük arzumuzdur. BrendSport.az xəbər verir ki, Bu sözləri Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov AZƏRTAC-a müsahibəsində deyib. Doqquzqat dünya, altıqat Avropa çempionu sambo ailəsinin üzvlərini də olimpiadaların zirvəsində görmək arzusunu ifadə edərək bildirib: “Samboçular Olimpiya ideallarına həmişə sadiq olublar. Dünyanın ən böyük idman tədbirində - Olimpiya Oyunlarında təmsil edilmək hər idman növünə nəsib olmur. Sambo ailəsinin üzvlərini də olimpiadaların zirvəsində görməkdən məmnun olarıq. Sambonun Azərbaycanda inkişaf etmiş idman növlərindən biri olduğunu bildirən federasiya prezidenti deyib ki, Olimpiya Oyunlarının proqramına daxil ediləcəyi təqdirdə ölkəmizdə bu idman növünün inkişafı daha geniş vüsət alacaq. Qeyd edək ki, sambo idman növünün Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müvəqqəti olaraq tanınması ilə bağlı qərar BOK-un İcraiyyə Komitəsinin Tokioda keçirilən iclasında qəbul edilib. Beynəlxalq Sambo Federasiyasının (FIAS) prezidenti Vasili Şestakov BOK-un bu addımını sambonun gələcəkdə Olimpiadanın proqramına daxil edilməsi, həmçinin FIAS-ın BOK tərəfindən hər il maliyyə vəsaiti almasına imkan verəcəyini bildirib. FIAS Olimpiya ailəsinə daxil olmaqla bağlı niyyətini ilk dəfə 2009-cu ildə elan edib. Geri qayıt |