Əsas Səhifə > Manşet > Yaponiyanın Baş naziri dünya ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndələri qarşısında çıxış edib
Yaponiyanın Baş naziri dünya ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndələri qarşısında çıxış edib28-11-2018, 20:40 |
Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları zamanı yapon hökuməti bütün dünyaya ölkənin yeni texnologiyalarını və qədim mədəniyyətini nümayiş etdirəcək. Noyabrın 28-də Baş nazir Tokioda işə başlayan Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasının iştirakçıları qarşısında çıxış edib. O deyib ki, Yaponiya 2020-ci il Oyunlarının təhlükəsiz, rahat və cəlbedici olması üçün vahid komanda kimi işləməyə çalışacaq. Tədbirdə dünyanın 206 ölkəsindən, o cümlədən Azərbaycandan nümayəndələr iştirak edir. Azərbaycan nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edir. AZƏRTAC-ın xüsusi müxbiri Geri qayıt |