Əsas Səhifə > Manşet > Taleyinə savaş yazılmış idmançı
Taleyinə savaş yazılmış idmançı11-09-2017, 23:22 |
Deyirlər insan doğulanda onun alın yazısı da elə doğulduğu andan yazılır. Hər insanın yaşadığı bir həyat hekayəsi olur. Hərəyə bir tale qismət olur. Yaradan tərəfindən insana verilən ömrü hərə bir cür yaşayır və başa vurur. Ancaq elə insanlar var ki, yaşadığı ömrü tək özü, ailəsi üçün deyil, bütün el-obası, dövləti üşün yaşayır. Məhz bu cür insanlar elə sağlığında xalq tərəfindən qiymətləndirilir və sevilir. Belə keşməkeşli və olduqca enişli-yoxuşlu bir həyat yaşayan insanlardan biri də bu yazımızın qəhrəmanı Nüsrət Hacıyevdir. BrendSport.az xəbər verir ki, Hacıyev Nüsrət Allahverən oğlu 09 fevral 1969-cu ildə Tovuz rayonunun Düzqırıqlı kəndində qulluqçu ailəsində anadan olub. 1975-1985-ci illərdə Düzqırıqlı 1 saylı tam orta məktəbdə oxuyub. Elə həmin il sənədlərini Azərbaycan İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) verən Nüsrət imtahandan kəsildiyi üçün 1 il öz kəndlərində fəhlə işləyib. 1986-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" fakültəsinə qəbul olub. 1987-1989-cu ilərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1986-cı ildən etibarən karate ilə məşğul olub. 1989-cu ildən məşqçisi S.Məmmədov olub. Əvvəlcə İTF taekvondo ilə, 1991 ci ildən etibarən VTF ilə məşğul olmağa başlamışam. Rus qoşunlarının respublikadan çıxarılmasında S.Məmmədovla birlikdə iştirak edib. 1991-ci ildə Ç.Mustafayevin çağırışı ilə könüllü Qarabağa döyüşüb. Həmin ərəfələrdə könüllü döyüşmək üçün Tovuz özünümüdafiə taborunda olub. Ç.Mustafayevlə Qarabağa yollanarkən Ağdərənin Manikli kəndində 15 nəfərlik dəstə ilə birlikdə 10 günə yaxın kəndin müdafiəsində iştirak edib. 1991-ci ildə I Azərbaycan çempionatında 70 kq-da 2-ci yerə çıxıb. 1991-ci ilin martında isə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən SSRİ çempionatına 76 kq-da yarışa qatılıb. Rəqibi Moskva komandasından olan erməni əsilli Babayan döyüşdən imtina etdiyi üçün texniki qələbə qazanıb. Ancaq ikinci döyüşdə məğlub olaraq mübarizəni dayandırmalı olub. Həmin ilin iyun ayında Türkiyə yığması ilə keçirilən görüşdə 3-cü yerə layiq görülüb. 1992-ci ildə ali təhsilini başa vuraraq Bakı şəhəri Baş Bələdiyyə Polis İdarəsində Xüsusi Təyinatlı Tağımda serjant kimi qulluğa başlayıb. Ağdərə rayonunun iki istiqamətində gedən döyüşlərdə iştirak edib. 1993-cü ildə isə ona leytenant rütbəsi verilib. 1993-cü ildə ixtisara düşərək ordudan tərxis olunub. 1993-cü ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə əməliyyat müvəkkili kimi qulluğa başlayıb. Həmin qurumun adı dəyişdirilərək Hərbi Əks-Kəşfiyyat Xidməti olmuş, sonradan MTN-in (indiki DTX) Baş Hərbi Əks-Kəşfiyyat Xidməti kimi MTN tərkibinə daxil edilmişdir. 15 yanvar 2004-cü ildə yenə ştatların ixtisarı ilə əlaqədar tərxis edilib. Polkovnik-leytenant rütbəsində, şöbə rəisi vəzifəsindən təqaüdə çıxıb. Ailəlidir, 1 oğlu, qızı var. Sonradan həmkəndlim Ramil Həsənovun məsləhəti və mənəvi dəstəyi ilə qara kəmər imtahanlarına qatılıb. Gündüz Abdullayev, Məmməd Abdullayevin əyani vasitələrlə köməkliyi nəticəsində, Sənan Həşimovun da məşqlər zamanı verdiyi dəstəklə qara kəmər alıb. 2-ci dan imtahanına hazırlaşarkən Ramal müəllimin tələbəsi olub. Tələbələrindən Mirəli Əliyev yeniyetmə və gənclərin yarışlarında respublika ikincisi olmuşdur. Şahin Zeynalov gənclərin respublika çempionatında 2-ci yer tutmuşdur. Zona birincilərimiz, rayon birincilərimiz var. Qubada keçirilən Beynəlxalq dərəcəli yarışda 2-ci, 3-cü yerləri tutan idmançılarımız olub. Tələbələrimdən 5 nəfər qara kəmər I dan sahibidir. Əliqasım Məmmədov Geri qayıt |