Əsas Səhifə > Manşet / Maraq > Ermənistanın uydurma ittihamlarına nazirlik rəsmi cavab verdi

Ermənistanın uydurma ittihamlarına nazirlik rəsmi cavab verdi


5-09-2018, 21:46


Bu dəfə də Ermənistan tərəfi cəfəngiyyat və qarayaxma ilə məşğuldur. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın BrendSport.az saytına verdiyi məlumata görə, 20-27 sentyabr 2018-ci il tartixində cüdo üzrə 32-ci Dünya çempionatının Azərbaycanda keçirilməsinə bir neçə gün qalmış Ermənistan Azərbaycanın təhlükəsizlik məsələlərinə zəmanət verməməsi və bununla əlaqədar olaraq idmançıların ölkəmizə gəlməmələri ilə bağlı yalan fikirlər səsləndirir.
Məlumat üçün bildirək ki, illər öncə Azərbaycan və Ermənistanda keçirilən yarışlar zamanı idmançıların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki ölkə arasında xüsusi format mövcud olub. Bu formata əsasən Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin rəsmilərinin iştirakı ilə hər iki ölkə nümayəndəsi qarşılıqlı səfərlər çərçivəsində təhlükəsizliyin təmin edilməsinə dair sənədə imza atırdılar. Son illər ərzində isə rəsmilərin gediş-gəlişinin azaldılması məqsədi ilə idmançıların təhlükəsizliyinin təminatı üçün hər iki ölkə tərəfindən biri-birinə dövlət səviyyəsində zəmanət məktubları təqdim edilir. Bu dəfə də Azərbaycan hökuməti qaydalara əməl edərək Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktubunu vaxtında Ermənistana təqdim etmişdir.
Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən daha dəqiq soruşmaq lazımdır.

Geri qayıt