Əsas Səhifə > Manşet / Ölkə idmanı > Əməkdaşlarımız KİV nümayəndələri arasında keçirilən stolüstü tennis turnirinin qalibi oldular

Əməkdaşlarımız KİV nümayəndələri arasında keçirilən stolüstü tennis turnirinin qalibi oldular


14-07-2018, 17:04


Azərbaycan Stolüstü Tennis Federasiyasının və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə KİV nümayəndələri arasında Milli Mətbuat Gününə həsr olunmuş turnir keçirilib.

Turnirin açılış mərasimində iştirak edən Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan və son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs edib və KİV nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov turnirin Milli Mətbuatın 143 illiyi ilə əlaqədar təşkil edilən ilk tədbir olduğunu vurğulayıb, KİV nümayəndələrini təbrik edib.

Şəxsi kateqoriyada keçirilən turnirdə 30-a yaxın KİV nümayəndəsi iştirak edib.

Qadınlar arasında Məxluqə Nəsirova I (BrendSport.az saytı), Gülzar İbrahimova II ("Sehirli dünya" uşaq jurnalı) Rəsmiyyə Vahidova (resmixeber.az saytı) və Sevda Şəfiyeva III yerə layiq görülüblər.

Kişilər arasında Bəhruz Səmədov I (BrendSport.az saytı), Rəşad Qəmərşahoğlu II ("Sportsmen" jurnalı) Məhərrəm İbrahimov və Ruslan Mikayıllı III yeri qazanıblar.

İştirakçılara hədiyyələr, qaliblərə Stolüstü Tennis Federasiyasının diplom, kubok və mükafatları təqdim olunub.









Geri qayıt