Əsas Səhifə > Manşet > Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında Azərbaycan beynəlxalq idman, fitnes, sağlamlıq və aktiv həyat tərzi sərgisi – “ExpoSport Azerbaijan 2026” keçirilir

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında Azərbaycan beynəlxalq idman, fitnes, sağlamlıq və aktiv həyat tərzi sərgisi – “ExpoSport Azerbaijan 2026” keçirilir


Dünən, 16:00


Gənclər və idman naziri Fərid Qayıbov və idman federasiyalarının rəhbər şəxsləri sərgidə təmsil olunan qurumların stendləri ilə tanış olublar.

BrendSport.az
xəbər verir ki, sərgidə idman federasiyaları, tərəfdaşlar və şirkətlər daxil olmaqla, ümumilikdə 50 qurum təmsil olunur. İdman sahəsində yeniliklərin nümayişi, əməkdaşlıq imkanlarının genişləndirilməsi, sağlam və aktiv həyat tərzinin təşviqi baxımından mühüm platforma rolunu oynayan sərgi iştirakçılara idman sektorunun müxtəlif istiqamətləri ilə yaxından tanış olmaq imkanı yaradır.

İki gün davam edəcək sərgi çərçivəsində ziyarətçilər müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış olur, ustad dərslərində, interaktiv oyunlarda, idman nümayişlərində, hədiyyəli viktorinalarda və avtoqraf sessiyalarında iştirak edirlər.

Qeyd edək ki, “ExpoSport Azerbaijan 2026” sərgisinə noyabrın 28-də yekun vurulacaq.













Geri qayıt