Əsas Səhifə > Manşet > Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib


Dünən, 19:19


Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun sədri kimi Hindistana səfər edib.

BrendSport.az
xəbər verir ki, səfər zamanı nazir Hindistanın Yeni Dehli şəhərində keçirilən COP10 Bürosunun üçüncü iclasına sədrlik edib və COP10 Təsdiq Komitəsinin IV rəsmi iclasında iştirak edib.

İclas çərçivəsində Fərid Qayıbov Hindistanın gənclər işləri, idman, əmək və məşğulluq naziri Mansuk Mandaviya ilə ikitərəfli görüş keçirib. Görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.




Geri qayıt