Əsas Səhifə > Manşet > Ötən ay beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüş olub
Ötən ay beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüş olubBu gün, 17:28 |
![]() Gənclər və idman naziri Fərid Qayıbov iyul ayı ərzində Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb. BrendSport.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Ardınca nazir idmançıları yüksək göstəriciləri münasibətilə təbrik edib və onlara gələcək yarışlarda müvəffəqiyyət arzulayıb. Görüş zamanı müxtəlif idman növləri üzrə idmançılar iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri medallar barədə ətraflı məlumat veriblər. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri qayıt |