Əsas Səhifə > Manşet / Redaktor seçimi > İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərcivəsində mini futbol turnirinin açılış mərasimi keçirilib
İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərcivəsində mini futbol turnirinin açılış mərasimi keçirilibDünən, 17:53 |
![]() Bu gün AFFA, Azərbaycan Mini Futbol Federasiyası, AZFAR, “Cəngi” Sağlamlıq və İdman Mərkəzi və BrendSport.az saytının təşkilatçılığı, KOBİA-nın dəstəyi ilə Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “İlhamlı Qələbələr” adlı Böyük Qayıdış festivalı çərçivəsində xüsusi mini futbol turniri keçirilir. BrendSport.az xəbər verir ki, turnir eyni zamanda 150 illiyini qeyd edən Azərbaycan milli mətbuatının il üzrə son idman tədbiri olmaqla yanaşı, Azərbaycan Milli Mini Futbol Komandasının dünya çempionu tituluna dəstək məqsədi daşıyır. 20 dekabr 2025-ci il tarixində turnirin açılış mərasimində Qazilər komandası ilə İncəsənət nümayəndələri arasında simvolik oyun keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 6:6 hesablı heç-heçə ilə başa çatıb. Turnirdə qazilər, KİV nümayəndələri (jurnalistlər, fotoqraflar, televiziya əməkdaşları), incəsənət nümayəndələri (aktyorlar, aktrisalar, müğənnilər, modellər), həmçinin Avropa, dünya və Olimpiya çempionları, eləcə də müxtəlif sahələrdən tanınmış ictimai şəxslər iştirak edirlər. Turnirin digər oyunları 22, 23 və 24 dekabr tarixlərində davam etdiriləcək. Oyun cədvəli 22 dekabr ⏰ Saat 12:00 AZFAR Böyükşor stadionu 1. AZTV – Xəzər TV 2. CBC Sport – İdman TV ⏰ Saat 13:00 AZFAR Böyükşor stadionu 1. Zəngəzur (BrendSport.az) – SƏS İnformasiya Portalı 2. İncəsənət nümayəndələri – MİR TV Qalib gələn komandalar 23 dekabr tarixində eyni idman meydançasında və eyni saatlarda yarımfinal mərhələsində qarşılaşacaqlar. 24 dekabrda isə məğlub olan komandalar 3-cü yer, qaliblər isə çempionluq uğrunda mübarizə aparacaqlar. Festival çərçivəsində turnir aşağıdakı sponsorların dəstəyi ilə keçirilir: Scallezioni (İtaliya kişi brendi), “Cəngi” Sağlamlıq və İdman Mərkəzi, ARAZ marketlər şəbəkəsi, Azərçay, Natural Halı, FULL Drink, SOEL Parfum, VipLayf kosmetik brendi, ALKAYA Parfum, HOQQO təbii qazlı sular, ONTOP Bowling Mərkəzi, Offissa Dizayn, "Avtomega" maşın ehtiyat hissələri, Gülüstan limonadları və AquaVita təbi suları. Xatırladaq ki, 29 dekabr tarixində Milli Qəhrəman Hökumə Əliyevanın və AZAL-ın Aktau şəhərində şəhid olan sərnişinlərinin xatirəsinə həsr olunmuş Xəzər rayonu məktəbliləri arasında stolüstü tennis turniri keçiriləcək. Turnir Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, MÜTDA, 1 nömrəli Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Vətən müharibəsi qəhrəmanı kəşfiyyatçı mayor Şəhid Elçin Mansurov adına 88 nömrəli tam orta məktəb və BrendSport.az saytının birgə təşkilatçılığı ilə baş tutacaq. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri qayıt |