Əsas Səhifə > Manşet / Ölkə idmanı > Alpaqut Turan döyüş sənəti üzrə Bakı birinciliyi keçirildi

Alpaqut Turan döyüş sənəti üzrə Bakı birinciliyi keçirildi


14-05-2018, 21:52


Yarış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuşdu

Azərbaycan Alpaqut Federasiyasından BrendSport.az saytına verilən məlumata görə Şağan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə Açıq Bakı birinciliyi keçirilib.

Çempionatda bütün yaş qrupları üzrə 40 yaxın komanda olmaqla 300 dən artiq idmançı güclərini sinayıblar.

Dövlət himninin sədası altında idmançılar yarış meydadına daxil olandan sonra rəsmi açılış mərasimini Azərbaycan Alpaqut Federasiyasının prezidenti

Qüdrət Nuriyev açıq elan etdi. Sonra yarışın qonaqları çıxış edərək alpaqutçulara uğurlar dilədilər.

Dörd sistem üzrə keçirilən yarışın sonunda qaliblər diplom, medallar və kubokla mukafatlandirildı.

Komanda hesabı ilə Abşeron rayonu birinci yer, Qazax rayonu ikinci yer və Suraxanı rayonu isə üçüncü yeri tutmuşlar.












Geri qayıt