Əsas Səhifə > Manşet > Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri müzakirələr olunub

Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri müzakirələr olunub


8-06-2024, 16:30


Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib.

BrendSport.az
xəbər verir ki, işçi qrupun üzvləri və oyunların proqramına daxil edilmiş növlər üzrə federasiyaların məsul şəxslərinin də iştirak etdikləri toplantıda idmançıların və nümayəndə heyətlərinin akkreditasiyası, yerləşməsi, yarış məkanlarının hazırlıq səviyyəsi, marketinq, media və oyunlara hazırlıq məsələləri müzakirə olunub

Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.
Geri qayıt