Əsas Səhifə > Manşet / Ölkə idmanı > Respublika Olimpiya Velosiped Mektebində, Məktəblilərə pulsuz məşqlər

Respublika Olimpiya Velosiped Mektebində, Məktəblilərə pulsuz məşqlər


4-04-2018, 16:20


Əziz valideynlər, övladlarınızı Respublika Olimpiya Velosiped Məktəbinin Bakı və Sumqayıt şəhərlərində təşkil olunan məşqlərinə yazdırın ki, tezliklə ölkə daxili və beynəlxalq yarışlarda uğurlarına birlikdə sevinək.

15 may ÖDƏNİŞSİZ məşqlər üçün son qeydiyyat tarixdir.

Məşqlər beynəlxalq sertifikatlı məşqçilərin iştirakı ilə həkim nəzarətində, sanitar və gigiyenik normalara uyğun şəraitdə keçirilir.Təlimlər uşaqların fiziki möhkəmliyinə, immunitet artımına, ürək, o cümlədən qan-damar sisteminin, sinir sistemi, ağciyər və ayaq əzələlərinin sağlam formalaşmasına kömək edir.

Ünvan: Bakı-AZ 1102, Moskva prospekti 3007, Respublika Velotreki
Əlaqə nömrəsi: (+99412) 404-78-57
Facebook: Respublika Olimpiya Velosiped Məktəbi
Geri qayıt