Əsas Səhifə > Manşet > AFFA-nın idman qurğularına ayırdığı vəsait bəlli olub

AFFA-nın idman qurğularına ayırdığı vəsait bəlli olub


2-04-2024, 12:50


AFFA-nın balansında olan stadionların, futbol akademiyasının, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlər müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilib.

Ümumilikdə idman obyektlərinə 4 milyon 253 min 876 manat xərclənib.

“Dalğa Arena”ya 827 min 427 manat, “ASCO Arena”ya 455 min 111 manat, Milli Komandaların Məşq Mərkəzinə 336 min 349 manat, Təhsil və Reabilitasiya Mərkəzinə 258 min 960 manat, Binə stadionuna 113 min 493 min manat, Ağsu stadionuna 110 min 367 manat, “Neftçi Arena”ya 22 min 878 manat, Şamaxı şəhər stadionuna 282 min 691 manat, Bakı Olimpiya Stadionuna 392 min 800 manat, Mingəçevir şəhər stadionuna 1 milyon 220 min 800 manat, digər stadionlar və məşq meydançalarına 233 min manat vasait ayrılıb.

Mingəçevir şəhər stadionunda yenidənqurma işlərinin hazırda davam etdiyi diqqətə çatdırılıb.
Geri qayıt