Əsas Səhifə > Manşet > Yeni Olimpiya İdman Kompleksinin tikintisinin təməli qoyuldu

Yeni Olimpiya İdman Kompleksinin tikintisinin təməli qoyuldu


27-03-2018, 23:04


Beyləqan rayonunda yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi baş tutdu. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və digər rəsmilər iştirak edirdilər.

BrendSport.az saytı xəbər verir ki, Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur.

Nazir Azad Rəhimov çıxışında bildirmişdir ki, sayca 45-ci olan Beyləqan Olimpiya İdman Kompleksində 1000-ə yaxın tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan Universal idman zalı, Güləş zalı, Boks zalı, Qrup məşqləri və Trenajor zalı, 180 tamaşaçı tribunası və 24x12 olçüdə üzgücülük hovuzu olan Üzgüçülük zalı inşa ediləcəkdir.

Azad Rəhimov çıxışı zamanı demişdir: “Bu gün ölkəmizdə 43 OİK fəaliyyət göstərir. Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü OİK-in təməli qoyuldu. Bu il Lənkəran OİK-in istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti OİK-in tikintisinə başlanılıb. Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir.”

Beyləqan OİK haqqında məlumat:

· Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyevin Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında 23 mart 2018-ci il tarixli müvafiq Sərəncamı ilə vəasit ayrılmışdır.

· Komleksin layihələndirilməsi Azərbaycanın “Art Proje” şirkəti tərəfindən hazırlanır

· Kompleksin tikintisini Azərbaycan şirkəti olan “TAVV Construction” MMC-i icra edəcəkdir

· Kompleksin tikintisi məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şəhər stadionunun ərazisindən 2,61 ha torpaq sahəsi ayrılmışdır


- Kompleksdə

- Bundan əlavə Kompleksdə 18 standart, 2 VİP otaqlar olmaqla 40-50 nəfərlik Mehmanxana, Restoran,mətbəx, internet klub, konfrans zalı, sauna, massaj otaqları, həkim otaqları, məşqçilər üçün otaqlar və inzibati otaqlar yerləşəcəkdir.

- Hər bir idman zalının üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları nəzərdə tutulmuşdur.

- Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların Kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şəraitin yaradılması nəzərdə tutulmuşdur

- Beyləqan Olimpiya İdman Kompleksininin hazırlanmış baş planına əsasən ərazidə 1250- nəfərlik tamaşaçı tribunası olan Futbol stadionu, süni örtüklü qaçış zolağı, mini-futbol meydançası inşa ediləcəkdir

- Kompleksin enerji təchizatını təmin etmək üçün transfarmator yarımstansiyası, generator məntəqəsi, İstilik qazanxanası və nasosxana binası, içməli və yanğına qarşı ehtiyyat su anbarları inşa ediləcəkdir


Kompleksin müasir tələblərə cavab verən kondinsoner, havalandırma, isitmə, yanğın xəbərverici siqnalizasiya, rabitə, video müşahidə, səs və digər sistemlərlə, müasir idman avadanlıqları, mebel, ləvazimatlar və digər inventarlarla təchiz olunması, eləcədə müstəqil sahəxarici elektrik, qaz, su-kanalizasiya və rabitə kommunikasıya xətlərinin çəkilməsi nəzərdə tutulur.








Geri qayıt