Əsas Səhifə > Manşet > Zemfira Meftahətdinova: Hər kəsi idmanla məşğul olmağa dəvət edirəm
Zemfira Meftahətdinova: Hər kəsi idmanla məşğul olmağa dəvət edirəm5-03-2024, 13:01 |
Hər kəsi idmanla məşğul olmağa dəvət edirəm. Əgər insan sağlam yaşamaq istəyirsə, özünə daim qulluq etməli, pis vərdişlərdən uzaq durmalıdır. BrendSport.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının (ATF) vitse-prezidenti Zemfira Meftahətdinova deyib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edən Z.Meftahətdinova idmanın insan həyatı üçün böyük önəm kəsb etdiyini bildirib: “Dövlət tərəfindən də hər zaman idmana böyük qayğı göstərilib. İdmançılarımızı təbrik edirəm. Bu il, həmçinin Olimpiya ilidir. Ümid edirəm ki, 2024-cü il Azərbaycan idmançıları üçün düşərli olacaq”. Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Geri qayıt |