Əsas Səhifə > Manşet > Mikayıl Cabbarov: “Güləş üzrə Avropa Çempionatında daha bir ilkə imza atdıq”
Mikayıl Cabbarov: “Güləş üzrə Avropa Çempionatında daha bir ilkə imza atdıq”16-02-2024, 07:45 |
Güləş üzrə Avropa Çempionatında daha bir ilkə imza atdıq! BrendSport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” səhifəsində bildirib. “Mariya Stadnik 10-cu dəfə Avropa çempionu tituluna sahib çıxaraq, bizi qürurlandırdı. Alyona Kolesnik isə karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu ünvanını qazandı. Təbriklər, Mariya! Təbriklər, Alyona! Təbriklər, Azərbaycan güləşi!”, - paylaşımda qeyd edilib. Geri qayıt |