Əsas Səhifə > Manşet > Fərid Qayıbov: Azərbaycanda klubların sayının artması üçün çalışmalıyıq

Fərid Qayıbov: Azərbaycanda klubların sayının artması üçün çalışmalıyıq


27-12-2023, 14:24


“Hər zaman voleybolumuzun inkişafını görməyi arzulayırıq. Sponsorların voleybol klublarına cəlb edilməsi istiqamətində işlər görürük".

BrendSport.az
xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında "Xarı Bülbül" klubunun üzləşdiyi maliyyə problemi ilə bağlı danışarkən deyib.

O bildirib ki, nazirlik hansısa kluba birbaşa dəstək göstərə bilməz: "Həm nazirlik, həm də federasiya hansısa klubun bağlanmasını istəmir. Düzdür, problemlər çoxdur. Amma hər iş büdcədən asılıdır. "Xarı Bülbül" özəl klubdur. Nə vaxtsa bütün klubların inkişafı üçün onlara şərait yaradacağımıza ümid edirəm. Hazırda isə vəziyyət ürəkaçan deyil. Reallıqlar var. Çalışmalıyıq ki, Azərbaycanda klubların sayını artıraq".

Nazir sonda qadınlardan ibarət voleybol millisinin yeni baş məşqçisi Faiq Qarayevi təbrik edib və ona uğurlar arzu edib. F. Qayıbov 64 yaşlı mütəxəssisin Azərbaycanda seçilən məşqçilərdən biri olduğunu diqqətə çatdırıb.
Geri qayıt