Əsas Səhifə > Manşet > Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatında mükafatlandırma mərasimi keçirilib

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatında mükafatlandırma mərasimi keçirilib


25-12-2023, 18:35


Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatında mükafatlandırma mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, yeniyetmələr arasında yarışın mükafatçıları fəxri kürsüyə çıxıblar.

Onlara medalları Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq təqdim ediblər.

Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən yarışa dekabrın 28-də yekun vurulacaq.
Geri qayıt