Əsas Səhifə > Manşet > Şahmatçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

Şahmatçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər


12-12-2023, 14:45

Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

BrendSport.az
xəbər verir ki, Vüqar Həşimov Memorialının iştirakçıları, Təşkilat Komitəsinin rəhbəri Qasım Həşimov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, eləcə də digər rəsmi şəxslər Ulu Öndərin Qəbələnin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub.
Geri qayıt