Əsas Səhifə > Manşet > Quba 2024, Qəbələ 2025-ci ilin “İdman Paytaxtı”, Sumqayıt isə “Gənclər Paytaxtı” seçilib
Quba 2024, Qəbələ 2025-ci ilin “İdman Paytaxtı”, Sumqayıt isə “Gənclər Paytaxtı” seçilib8-12-2023, 07:13 |
Dekabrın 7-də Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib. BrendSport.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, 2024-2025-ci illər üçün idman paytaxtlarının və 2025-ci il üçün gənclər paytaxtının seçilməsi məsələləri müzakirə edilib. Namizəd şəhərlərin nümayəndələri təqdimatla çıxış edərək məlumat veriblər. Təqdimatlardan sonra elektron səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçiliblər. Kollegiyada, həmçinin 2025-ci il üçün “Gənclər Paytaxtı” da məlum olub. Namizəd şəhərlərin təqdimatından sonra Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib. Xatırladaq ki, bu il yanvarın 19-da keçirilmiş kollegiya iclasında Lənkəran şəhəri 2024-cü ilin “Gənclər Paytaxtı” seçilib. Dövlət qurumlarının əməkdaşları arasında gələn il keçiriləcək idman yarışlarının planı müzakirə edilərək qəbul olunub. Geri qayıt |