Əsas Səhifə > Manşet > Nazir: Qızılca ilə bağlı hazırkı rəqəmlər pandemiya təhlükəsinin olmadığını göstərir
Nazir: Qızılca ilə bağlı hazırkı rəqəmlər pandemiya təhlükəsinin olmadığını göstərir4-12-2023, 13:23 |
Qızılcanın yayılması ilə əlaqədar Elm və Təhsil Nazirliyi olaraq Səhiyyə Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzləri ilə mütəmadi işləyirik. Məqsədimiz budur ki, xəstəlik uşaqların tədris prosesinə mane olmasın. BrendSport.az saytının Gənclər şobəsi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev söyləyib. O bildirib ki, hazırda bir neçə məktəbdə yoluxma halları qeydə alınıb. “Hazırkı vəziyyət 9-10 il əvvəl valideynlərin peyvəndləmə ilə bağlı verdiyi qərarların nəticəsidir. Hazırkı rəqəmlər bizə pandemiya təhlükəsinin olmadığını göstərir. Peyvəndləmə vaxtında aparılarsa, bu hal daha tez aradan qalxacaq. Hələ ki bir məktəbdə distant tədris tətbiq olunub”, - deyə nazir qeyd edib. Geri qayıt |