Əsas Səhifə > Manşet > Şamaxıda Ulu Öndərin yubileyinə həsr olunmuş beynəlxalq badminton turniri keçiriləcək

Şamaxıda Ulu Öndərin yubileyinə həsr olunmuş beynəlxalq badminton turniri keçiriləcək


5-11-2023, 17:14

Noyabrın 6-da Şamaxı Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlər arasında beynəlxalq badminton turnirinə start veriləcək.

BrendSport.az
xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular arasında 5 kateqoriya üzrə mükafatçılar müəyyənləşəcək.

Beynəlxalq turnirə noyabrın 8-də yekun vurulacaq.
Geri qayıt