Əsas Səhifə > Manşet / Olimpiya > “Shamkir Chess-2018” super turnirinin keçiriləcəyi vaxt müəyyənləşib

“Shamkir Chess-2018” super turnirinin keçiriləcəyi vaxt müəyyənləşib


9-03-2018, 14:50


Azərbaycanın məhrum şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess” super turnirinin iştirakçıları və keçiriləcəyi vaxt müəyyənləşib.

Turnir aprelin 18-dən 28-dək Şəmkirdə keçiriləcək. Ümumilikdə 10 şahmatçının qatılacağı yarış dairəvi sistem üzrə 9 turdan ibarət olacaq. “Shamkir Chess-2018”də hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, eks-dünya çempionu rusiyalı Vladimir Kramnik, güclü hollandiyalı şahmatçı Aniş Giri, çinli Dinq Liren, bolqarıstanlı Veselin Topalov, daha bir rusiyalı Sergey Karyakin mübarizə aparacaqlar. Yarışda Azərbaycanı hazırda dünya reytinqində ikinci olan Şəhriyar Məmmədyarov, beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov və Rauf Məmmədov təmsil edəcəklər.

Xatırladaq ki, sonuncu iki “Shamkir Chess” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.


AZƏRTAC
Geri qayıt