Əsas Səhifə > Manşet > Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev Mariborda Olimpiya kəndində olublar.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev Mariborda Olimpiya kəndində olublar.


23-07-2023, 16:30


Slovbkiyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanın yeniyetmə atletləri də iştirak edirlər.

BrendSport.az
xəbər verir ki, İyulun 23- də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev Mariborda atletlərimizin və nümayədə heyəti üzvlərinin məskunlaşdığı Olimpiya kəndinə gəliblər.

MOK-un mətbuat xidmətinin məlumatına görə onlar bu mötəbər yarışda ölkəmizi təmsil edən idmançılar və nümayəndə heyətinin üzvləri ilə görüşüblər. Nümayədə heyətinin şef de-missionu Vaqif Əliyev aletlərimizin hazırlığı, mübarizə aparacaqları idman növləri haqqında məlumat verib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə görüş zamanı yarışlara hazırlıqla, idmançıların və məşqçilərin məskunlaşdıqları şəraitlə, qidalanma və bir çox məsələlərlə maraqlanıb. O, bildirib ki, Avropa Gənclər Olimpiya Festivalından atletlərimiz bir qayda olaraq, həmişə uğurla qayıdıblar.

Bu yarışlar təcrübə və rəqibləri daha yaxından tanımaq baxımından idmançılarımız üçün böyük əhəmiyyətə malikdir. Ç.Hüseynzadə atletlərimizin bu festivalda da medallar qazanacaqlarına əmin olduğunu bildirib.

Görüş zamanı MOK-un vitse-prezidenti Olimpiya festivalının açılış mərasimindəki bayraqdarlarımızı da elan edib. Açılış mərasimində bayraqdarlar cüdoçu Ramazan Əhmədov və tennisçi Mədinə Babayeva olacaq
Geri qayıt