Əsas Səhifə > Manşet > Daun sindromlu və autizmli uşaqlar üçün xeyriyyə tədbiri keçiriləcək
Daun sindromlu və autizmli uşaqlar üçün xeyriyyə tədbiri keçiriləcək26-06-2023, 20:03 |
Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalı, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə fiziki məhdidiyyətli gənclərimizə, eyni zamanda daun sindromlu və autizmli uşaq və gənclərimizə də dəstək olunmasının tərəfdarı olmuşdur. Ona görə də bu gün Azərbaycanda uşaq və gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Onlar da bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin aparıcı simalarına çevrilirlər. Ölkə rəhbərliyinin qayğıya ehtiyacı olan uşaqlara dəstiyini yüksək qiymətləndirən BrendSport.az saytı da bu missiyaya öz töhfəsini verməyə çalışır. Belə ki, bu günlərdə BrendSpor.az saytının və “Osmanlı” Xüsusi Yaşam Mərkəzinin təşkilatçılığı, eyni zamanda “Soel Parfum”, əfsanəvi “Moskva” konfetləri və “Natural Halı Outlet”in baş sponsorluğu ilə Qurban bayramına özəl olaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman festivalı çərçivəsində daun sindromlu və autizmli uşaqlar üçün iki günlük bayram şənliyi və boulinq idman növü üzrə yarış keçiriləcək. Təbdbirin baş sponsoru “Soel Parfum”, əfsanəvi “Moskva” konfetləri və “Natural Halı Outlet”, sponsorları isə İtaliyanın kişi geyimləri üzrə məşhur brendi “Scallezioni”, “Araz” supermarketlər şəbəkəsi, “Bon Appetit” şirniyyat mağazalar şəbəkəsi, “Berg Tea”, “HARİKA” meyvə şirələri, “Sladena” şirniyyatları, Heydər Əliyev mərkəzinin yanında yerləşən “Həyat aptek”, “Bizon energy” və “Dalğa” sularıdır. Qeyd edək ki, keçiriləcək yarışın sonunda qaliblərə, uşaq şənliyində isə bütün uşaqlara baş sponsorlar və sponsorlardan özəl hədiyyələr təqdim olunacaq. Geri qayıt |