Əsas Səhifə > Manşet > UEFA-dan transferlə bağlı sərt qərarlar

UEFA-dan transferlə bağlı sərt qərarlar


21-01-2018, 14:49


UEFA növbəti mövsümün əvvəlinə kimi "financial fair play" qaydalarını təkmilləşdirmək istəyir. "Le Parisien" xəbər verir ki, qurum transferlərə astronomik pullar xərcləyən "Manchester City" və PSG kimi zəngin klublara nəzarəti gücləndirmək fikrindədir.

"Financial fair play"ə görə klubun transfer xərcləri və gəliri arasındakı fərq 100 milyon avro həddini aşmamalıdır. Paris klubu buna əməl etsəydi, Neymar və Mbappenin transferinə xərclədiyi 400 milyon avro səbəbindən 300 milyon avro dəyərində futbolçuları satmalı idi.

UEFA komandanın tərkibinə daxil olan peşəkar futbolçuların sayını 25-ə salmaq niyyətindədir. Klubun sponsor müqavilələrindən gəlirinə də məhdudiyyət qoyula bilər. Bu gəlir ümumi gəlirin 30%-dən artıq ola bilməz.

Analoji təkliflərə qurumun İcraiyyə Komitəsi tərəfindən mayın 24-də baxılacaq. Onlar təsdiqlənsə, növbəti mövsümdən qüvvəyə minəcək.
Geri qayıt