Əsas Səhifə > Xəbər lenti > Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan Bayrağının yandırılmasını qəti şəkildə pisləyib
Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan Bayrağının yandırılmasını qəti şəkildə pisləyib15-04-2023, 19:40 |
Avropa Ağır Atletika Federasiyası ötən gün Ermənistanın paytaxtı İrəvanda atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan Bayrağının yandırılmasını qəti şəkildə pisləyib. BrendSport.az xəbər verir ki, bu barədə federasiya bəyanat yayıb. Bəyanatda bildirilib: “Avropa Ağır Atletika Federasiyası son dərəcə ciddi və təəssüf doğuran bu jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair hücum kimi nəzərdən keçirir. Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respublikasından olan nümayəndə heyətinə, idmançılara, məşqçilərə və vəzifəli şəxslərə tam həmrəylik və dəstək ifadə edir". Federasiya Təşkilat Komitəsindən təcili tələb olunan əlavə tədbirlərin həyata keçirilməsini izləyəcək. Avropa Ağır Atletika Federasiyası baş verənlərə təəssüf edib. Qeyd edilib ki, federasiya üzvləri Azərbaycan idmançıları Ermənistanı tərk edənə qədər heyət üçün bütün təhlükəsizlik şəraitinin təmin olunmasında birbaşa iştirak edib. Geri qayıt |