Əsas Səhifə > Xəbər lenti > Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarını qeyd edir

Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarını qeyd edir


26-12-2022, 21:00



Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib. Buta palasda təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

BrendSport.az
xəbər verir ki, Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir 2023-cü ilin idmanımız üçün daha da uğurlu olacağına ümidvar olduğunu bildirib.

Sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub. 2022-ci ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə əsasən aşağıdakı nominantlar təltif ediliblər:


2022-ci ilin ən yaxşı qadın idmançısı

1. Anna Başta (qılıncoynatma)
2. Gövhər Beydullayeva (şahmat)
3. Zöhrə Ağamirova (bədii gimnastika)

2022-ci ilin ən yaxşı kişi idmançısı

1. Eldəniz Əzizli (yunan-Roma güləşi)
2. Abdulla Qədimbəyli (şahmat)
3. Hidayət Heydərov (cüdo)

2022-ci ilin ən yaxşı qadın komandası

1. Bədii gimnastika qrup hərəkətləri komandası
2. Voleybol üzrə milli komanda
3. Qılıncoynatma üzrə mili komanda

2022-ci ilin ən yaxşı kişi komandası
1. “Qarabağ” FK
2. Minifutbol üzrə milli komanda
3. Basketbol 3x3 üzrə milli komanda

2022-ci ilin ən yaxşı məşqçisi
1. Qurban Qurbanov (“Qarabağ” FK)
2. Aleksandr Tarakanov (yunan-Roma güləşi)
3. Siyana Vasileva (bədii gimnastika)

2022-ci ilin hakimi
1. Əliyar Ağayev (futbol)
2. Nazim Umbayev (cüdo)
3. Anar Babanlı (boks)

2022-ci ilin idman tibb personalı
1. Aydın Ağaliyev (gimnastika)
2. Raif Refetov (gimnastika)
3. Natiq Süleymanov (futbol)

2022-ci ilin idman federasiyası
1. Azərbaycan Cüdo Federasiyası
2. Azərbaycan Gimnastika Federasiyası
3. Azərbaycan Güləş Federasiyası

2022-ci ilin idman klubu
1. “Qarabağ” FK
2. “Ocaq” gimnastika klubu
3. “Neftçi” FK


2022-ci ilin Olimpiya İdman Kompleksi
1. Göygöl OİK
2. Şəki OİK
3. Gəncə OİK

2022-ci ilin idman qurğusu
1. Su İdmanı Sarayı
2. Mili Gimnastika Arenası
3. “Kür” Olimpiya Tədris İdman Mərkəzi

2022-ci ilin Uşaq-Gənclər İdman Məktəbi
1. 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbi (Sumqayıt)
2. “Vətən” RİOEUG Futbol Məktəbi
3. Şabran UGİM

2022-ci ilin Ədalətli oyun (Fair Play) mükafatçısı
1. Qurban Qurbanov (“Qarabağ” FK)
2. Azərbaycan Badminton Federasiyası
3. Elnurə Məmmədova (güləş)

2022-ci ilin idman tədbiri
1. “Prezident kuboku” reqatası (Suqovuşan-Mingəçevir)
2. Şəkidə “İdman Festivalı 2022”
3. Yunan-Roma güləşi üzrə dünya kuboku

2022-ci ilin idman kəşfi
1. Gövhər Beydullayeva (şahmat)
2. Abdulla Qədimbəyli (şahmat)
3. Ramil Vəlizadə (üzgüçülük)

2022-ci ilin ən fəal idman jurnalisti
1. Gəray Qiyasov (Real TV)
2. Sənan Şəfizadə (ATV)
3. Zəki Feyzullayev (Azerisport)

2022-ci ilin idman fotoqrafı
1. Dilavər Nəcəfov (AGİN)
2. Valeri Xlızov (AGF)
3. Zaur Mustafayev (Trend)

2022-ci ilin idman filmi
1. “Uğurlar – Elçin Əsədov”
2. “Əvvəl və sonra” (Kifayət Qasımova)
3. “Sağlamlıq idmandan, idman isə gimnastikadan başlayır” (AGF)

2022-ci ilin idman media qurumu
1. İctimai TV
2. CBC Sport TV
3. İdman TV

Sonda isə Azərbaycan idmançılarının reytinq cədvəlində 2022-ci ili ilk onluqda başa vuran idmançılar mükafatlandırılıblar.


Tədbir bədii hissə ilə davam edib.
Geri qayıt