Əsas Səhifə > Xəbər lenti > Rusiya və Ermənistan sərhəddəki vəziyyəti müzakirə etdi
Rusiya və Ermənistan sərhəddəki vəziyyəti müzakirə etdi17-06-2021, 23:12 |
Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşak Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə ediblər. BrendSport.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib. Tərəflər, həmçinin Azərbaycan-Ermənistan sərhədinin Syünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini müzakirə ediblər. Nazirlər telefon danışığı zamanı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasının həyata keçirilməsinə, müdafiə sahəsində Rusiya-Ermənistan əməkdaşlığına və bir sıra regional problemlərə də toxunublar. Geri qayıt |