Əsas Səhifə > Xəbər lenti > Şuşa Bəyannaməsi: Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği sahəsində birgə əməkdaşlıq gücləndiriləcək

Şuşa Bəyannaməsi: Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği sahəsində birgə əməkdaşlıq gücləndiriləcək


16-06-2021, 16:11
Şuşa Bəyannaməsi: Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği sahəsində birgə əməkdaşlıq gücləndiriləcək

Azərbaycan və Türkiyə iki qardaş xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər.
BrendSport.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində bildirilir.
Tərəflərin Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına diqqət çəkdikləri sənəddə Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığın gücləndiriləcəyi ifadə olunur.
“Tərəflər Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər”, - deyə Bəyannamədə vurğulanır.
Geri qayıt